BAKI, AzerVoice, Səməd Əyyubov
İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb.
AzerVoice xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının HƏMAS-dakı mənbələrə istinadən verdiyi məlumata görə, Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti İsrailin Dohaya təşkil etdiyi sui-qəsd cəhdindən xilas olub.