BAKI,AzerVoice, Fərid Mikayılov
Ərzurum Su Kanal İdarəsi, 1,2 milyon litr dizel yanacağı, 25 min litr 95 oktan benzin və 25 min litr dizel mühərrikləri üçün qatqı məhlulunun satın alınması üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra 12 ay ərzində hissə-hissə təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 8 oktyabr 2025-ci il tarixinə qədər "Üniversite Mah. Dr. Refik Saydam Cad. 25240 Yakutiye/Erzurum" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir