BAKI,AzerVoice
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama bildirib ki, amerikalılar hələ qadını prezident seçməyə hazır deyillər. O, bu fikri ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris-in prezident Donald Trampa qarşı məğlubiyyəti ilə əsaslandırıb.
Obama bu fikirləri yeni kitabı “The Look” ("Nəzər") çərçivəsində Bruklin Musiqi Akademiyasında qadınlardan ibarət auditoriya qarşısında çıxış edərkən səsləndirib.
“Keçmiş seçkilərdə gördüyümüz kimi, təəssüf ki, biz hələ buna hazır deyilik”-deyə o bildiirb.
Mişel Obama vurğulayıb ki, onun prezidentliyə namizədliyi ilə bağlı çağırışlara baxmayaraq, cəmiyyət hələ qadın lider ideyasını tam mənimsəməyib:
“Buna görə deyirəm: mənə baxmayın, çünki siz hamınız özünüzə yalan danışırsınız. Siz qadın liderə hazır deyilsiniz. Hələ deyilsiniz”.
O əlavə edib ki, ABŞ-da bir çox kişi hələ də qadın tərəfindən idarə olunmağa psixoloji hazır deyil.
“Bilirsiniz, bizim hələ çox yolumuz var. Təəssüf ki, hələ də çoxlu kişi var ki, qadın liderin rəhbərliyini qəbul etməkdə çətinlik çəkir. Biz bunu gördük” – deyə əlavə edib.
4 noyabrda işıq üzü görmüş kitabında Obama moda, saç, gözəllik və şəxsiyyət kimliyi mövzuları ilə yanaşı, Ağ Evdə ilk afroamerikalı birinci xanım kimi yaşadığı təcrübələri paylaşır.
Obama kitabında qeyd edir ki, siyasətdə qadınlar çox vaxt liderlik keyfiyyətlərinə görə deyil, fiziki görünüşlərinə görə qiymətləndirilir.