Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İspaniya səfirliyi Təl-Əvivdən çıxarılmalıdır - İspaniya

    9 Sentyabr 2025 10:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İspanya Baş Nazir müavini və Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz belə bildirib: “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.”

    AzerVoice xəbər verir ki, koalisiya hökumətinin kiçik ortağı olan Sumar ittifaqından Diaz, ölkəsinin İsrailə qarşı sanksiyalar elan etməsindən sonra Bluesky sosial media platformasında mesaj yayıb. O, mesajında “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” ifadələrindən istifadə edib.

    Baş Nazir Pedro Sançesin Qəzzədəki soyqırımı səbəbindən İsrailə qarşı 9 maddəlik sanksiya qərarını açıqlamasına toxunan Diaz, “Buna görə də hökumətdəyik. Keçən həftə bunu böyük koalisiya ortağımıza (Sosialist İşçi Partiyasına) çatdırdıq. Ölkəmiz soyqırımı dayandırmaq üçün daha çox iş görməli idi.” fikrini bölüşüb.

    Diaz həmçinin Fələstinə dəstəklərinə görə və İsrailə qarşı sanksiyaların tətbiqi üçün hökumətlər üzərində təzyiq göstərən vətəndaş cəmiyyəti təşkilatlarına təşəkkür edib.

    Sumar ittifaqından Mədəniyyət naziri Ernest Urtasun isə İspaniya dövlət televiziyası RTVE-yə verdiyi müsahibədə hökumətin İsrailə qarşı sanksiya qərarlarını çox müsbət və güclü hesab etdiyini vurğulayıb. Urtasun, İsraillə bütün əlaqələrin kəsilməsi və İspaniyanın Tel-Əviv səfiri Ana Salomon Peresin geri çağırılmasının sanksiyalar paketinə daxil edilməsini istədiklərini, lakin hökumətin böyük ortağının buna razı olmadığını bildirib.

    O, həmçinin İsrailin Eurovision mahnı müsabiqəsi kimi beynəlxalq bütün tədbirlərdən kənarlaşdırılması lazım olduğunu söyləyib.

    Baş Nazir Sançes səhər verdiyi açıqlamada İsrailə silah embarqosunu qanuniləşdirən Krallıq fərmanının təsdiqlənməsi və Qəzza Zolağında soyqırım, insan haqları pozuntuları və müharibə cinayətlərinə birbaşa iştirak edən şəxslərin İspaniyaya girişinin qadağan olunması da daxil olmaqla İsrailə qarşı 9 maddəlik sanksiya qərarını elan etmişdi.

    Sançesin açıqlamalarından sonra İsrail hökuməti İspaniya hökumətindən Baş Nazir müavini, Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz və Gənclik və Uşaq naziri Sira Reqo (Fələstin mənşəlidir) ölkəyə girişlərinin qadağan olunduğunu açıqladı.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Tel-Əviv #İspaniya #Pedro Sançes #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Tel-Əviv və Tehran narahatlığı #Tel-Əviv hava limanı hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Hetçbeklərin Döyüşü: 2026 Kia K4 GT-Line Turbo, Honda Civic Sport Hybridə qarşı

    Antalya hava limanında sərnişin axını artdı, beynəlxalq göstərici gerilədi (ÖZƏL)

    Trampın 2026-cı il Yaxın Şərq strategiyası: Sülh yoxsa yeni sövdələşmələr?

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.