BAKI,AzerVoice, Fərid Mikayılov
Qəzzaya doğru yola çıxan Azadlıq Flotiliyası gəmilərindən biri Tunisdə dron hücumuna məruz qalıb.
AzerVoice xəbər verir ki, İspaniyadan hərəkət edən Familia Madeira adlı gəmisinə Sidi Busaid limanında gecə saatlarında pilotsuz uçuş aparatı ilə bombalı hücum edilib.
Hadisə nəticəsində gəmidə yanğın baş verib, lakin qısa zamanda söndürülüb. Can itkisi qeydə alınmayıb.
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Franseska Albanese, sosial media hesabında hadisəni təsdiqləyib. O bildirib ki, hücuma məruz qalan gəmi Azadlıq Flotiliyasının əsas gəmisi olub və Qəzzadakı blokadanı yarmaq məqsədi daşıyır. Albanese, flotiliyanın digər iki gəmisinin də təhlükə altında olduğunu vurğulayıb.
Hücumdan dərhal sonra liman təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb, əraziyə giriş-çıxış dayandırılıb.
Qeyd edək ki, Azadlıq Flotiliyası Qəzzadakı humanitar böhranı yüngülləşdirmək və İsrailin tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxıb. İspaniyadan gələn gəmilər Tunisdə birləşərək İtaliya üzərindən Qəzzaya doğru hərəkət etməyi planlaşdırırdı. Flotiliyada müxtəlif ölkələrdən yüzlərlə fəal, o cümlədən onlarla türk və 150-yə yaxın tunisli iştirak edir.
“Azadlıq Flotiliyası” anlayışı Fələstin xalqının işğala qarşı iradəsini və mübarizəsini simvolizə edir və beynəlxalq həmrəylik platforması kimi fəaliyyət göstərir.
Footage from another boat of our Flotilla shows the exact moment the Family Boat was struck from above. pic.twitter.com/qVpUyg56uP
— Global Sumud Flotilla (@GlobalSumudFlot) September 9, 2025