Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Qəzza məzarlığa çevrilib, beynəlxalq ictimaiyyət vəzifəsini yerinə yetirmir - BMT

    8 Sentyabr 2025 14:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 60-cı sessiyası BMT-nin Cenevrə Ofisində işə başlayıb.

    AzerVoice xəbər verir ki, sessiyaya İsveçrənin BMT Cenevrə Ofisindəki Daimi Nümayəndəsi, səfir Yurq Lauberin rəhbərliyi ilə start verilib.

    Açılışda çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk İsrailin Qəzza zolağında törətdiyi hərəkətləri sərt şəkildə tənqid edib. O, İsrailin fələstinli mülki vətəndaşlara qarşı kütləvi qətliamlar həyata keçirdiyini, bu səbəbdən bölgədə təsvirolunmaz əzablar və genişmiqyaslı dağıntılar baş verdiyini bildirib.

    Türkün sözlərinə görə, İsrailin həyati əhəmiyyətli yardımların Qəzzəyə çatdırılmasına əngəl törətməsi nəticəsində insanlar aclıqdan ölür, jurnalistlər hədəfə alınır və ard-arda müharibə cinayətləri törədilir “Yüksək vəzifəli israilli rəsmilərin açıq şəkildə soyqırım ritorikasından istifadə etməsi və fələstinlilərin insanlıqdan çıxarılması məni dəhşətə gətirir,” – deyə Ali Komissar qeyd edib.

    Türk bölgənin sülh üçün fəryad etdiyini, Qəzzənin isə faktiki olaraq bir "məzar" halına gəldiyini bildirib. O, daha çox hərbiləşmənin, işğalın və ilhaqın yalnız zorakılığı, qisası və terroru artıracağı barədə xəbərdarlıq edib.

    Ali Komissar BMT-nin Beynəlxalq Ədalət Məhkəsinin İsrailə qarşı çıxardığı qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

    “İsrail soyqırımı əməllərinin qarşısını almağa, bu əməllərə təşviq edənləri cəzalandırmağa və Qəzzədəki fələstinlilərə yardımın təmin edilməsinə hüquqi cəhətdən məsuldur,” – deyə Türk bildirib.

    Folker Türk bildirib ki, beynəlxalq ictimaiyyət Qəzzədə baş verənləri dayandırmaq üçün kifayət qədər səy göstərmir “Biz Qəzzə xalqını tək qoyuruq. Soyqırımın qarşısını almaq üçün qəti addımlar hanı? Dövlətlər niyə bu vəhşiliklərin qarşısını almaq üçün hərəkətə keçmir? Müharibə hüququnu pozma riski olan silahların İsrailə axını dayandırılmalıdır.” - deyə qeyd edib.

    Türk dövlətləri Qəzzəyə humanitar yardımın çatdırılması, əsirlərin və əsassız saxlanılanların azad edilməsi üçün maksimum təzyiq göstərməyə çağırıb. O, həmçinin İsrailin Qəzzəni hərbi yolla nəzarətə alma və işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmə planlarına qarşı ciddi tədbirlər görülməli olduğunu qeyd edib.

    Türk çıxışında ABŞ-ın BMT-nin Fələstin üzrə Xüsusi Məruzəçisi Franseska Albaneseyə qarşı tətbiq etdiyi sanksiyaları qınayıb və onların aradan qaldırılmalı olduğunu vurğulayıb. O, eyni zamanda ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin hakim və prokurorlarına qarşı tətbiq etdiyi sanksiyaların da narahatlıq doğurduğunu bildirib.

    #Qəzza #Qəzza zolağı #BMT #aclıq #Folker Türk #Cenevrə #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #Qəzzada infrastruktur yeniləmələri #Susuzluq və aclıq #Cenevrə danışıqları #Qəzzada aclıq və resurs çatışmazlığı #Cenevrədə BMT-nin mətbuat konfransı #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Hetçbeklərin Döyüşü: 2026 Kia K4 GT-Line Turbo, Honda Civic Sport Hybridə qarşı

    Antalya hava limanında sərnişin axını artdı, beynəlxalq göstərici gerilədi (ÖZƏL)

    Trampın 2026-cı il Yaxın Şərq strategiyası: Sülh yoxsa yeni sövdələşmələr?

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.