Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Netanyahu Qəzza sakinlərinə xəbərdarlıq edib

    8 Sentyabr 2025 21:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin sakinlərinə dərhal ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

    AzerVoice xəbər verir ki, bu çağırış İsrailin bölgəyə qarşı hava hücumlarını gücləndirəcəyini açıqlamasından bir neçə saat sonra edilib.

    “Qəzza sakinlərinə deyirəm: bu fürsətdən istifadə edin və məni diqqətlə dinləyin. Sizə xəbərdarlıq edildi – dərhal çıxın” - deyə Netanyahu bildirib. O əlavə edib ki, İsrail qüvvələri hazırda sıralarını bərpa edir və şəhərdə quru əməliyyatına hazırlaşmaq üçün toplaşır.

    Baş nazirin sözlərinə görə, son iki gündə İsrail ordusu Qəzzada HƏMAS tərəfindən istifadə olunan 50 binanı bombalayıb.

    “İki gün ərzində 50 binanı məhv etdik. Bu, Qəzzada genişmiqyaslı quru əməliyyatının yalnız başlanğıcıdır. Mən bir daha deyirəm: sizə xəbərdarlıq edildi – dərhal çıxın” - deyə, o vurğulayıb.

    İsrailin müdafiə naziri İsrael Katz da “X” sosial şəbəkəsində paylaşım edərək HƏMAS-a son xəbərdarlığını ünvanlayıb:

    “Bu, Qəzzada və xaricdə gizlənən qatillərə və silahlılara son xəbərdarlıqdır: girovları azad edin, silahlarınızı təhvil verin. Əks halda, Qəzza məhv ediləcək və siz də aradan qaldırılacaqsınız.”

    Xatırladaq ki, İsrail ordusu bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə hücumlar həyata keçirib. Səhiyyə mənbələri və şahidlərin məlumatına görə, hücumlarda ümumilikdə 25 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #İsrail ordusu #İsrael Katz #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.