BAKI,AzerVoice, Fərid Mikayılov
Suriya Prezidenti Əhməd əş-Şəraa, ölkədəki Kürdlərə yeni hüquqlar tanıyan qərarnamə təsdiqləyib.
AzerVoice xəbər verir ki, qərarnaməyə əsasən, Kürd dili Suriya üzrə rəsmi dil statusu alıb və təhsil sistemində istifadə edilməsinə icazə verilib.
Qərarnamə ilə həmçinin Novruz bayramı rəsmi tətil elan olunub və uzun illər vətəndaşlıq hüququndan məhrum olan Kürdlərə Suriya vətəndaşlığı verilib. Beləliklə, Kürdlərin siyasi və mədəni hüquqları 1946-cı ildən bəri ən geniş çərçivədə tanınmış oldu.
Qərarnaməni televiziya vasitəsilə elan edən Şəraa Kürt xalqına müraciət edərək, ölkənin gələcəyinin formalaşdırılmasında fəal rol oynamalarını çağırıb və dövlətin hüquqlarını qoruyacağını vurğulayıb.
Suriya Demokratik Qüvvələri (SDQ) rəhbəri Məzlüm Abdi, Fəratın şərqindəki bir sıra bölgələrdən qüvvələrinin çıxarılacağını açıqlayıb.
Suriya ordusu Hələbdə Kürd əhalinin sıx olduğu bəzi bölgələrdə nəzarəti təmin edib. ABŞ tərəfi tərəflər arasında gərginliyi azaltmaq üçün vasitəçilik etsə də, hələlik konkret nəticə əldə edilməyib.
Qərarnaməyə əsasən:
- Kürd vətəndaşlar Suriya xalqının əsas və ayrılmaz bir hissəsidir.
- Kürd dili rəsmi dil statusu alır və məktəblərdə tədris edilə bilər.
- 1962-ci il Haseke vilayəti sayımından sonra tətbiq olunan istisnalar aradan qaldırılır, bütün Kürd vətəndaşlarına tam hüquqi bərabərlik təmin edilir.
- Novruz bayramı milli rəsmi tətil elan edilir.
- Dövlət orqanları inklüziv və qeyri-ayrımçı siyasət aparmaqla öhdəlik daşıyır.