BAKI, AzerVoice
İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommiso 77 yaşında dünyasını dəyişib.
AzerVoice xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, klubun funksioneri uzunmüddətli xəstəlikdən sonra vəfat edib. Klubdan bildiriblər ki, “Fiorentina”nın “Viola Park” təlim mərkəzində Kommiso adı veriləcək.
Komisso 2019-cu ildə “Fiorentina” klubunu alaraq onun prezidenti olmuşdu. Ondan sonra klub iki dəfə Konfrans liqasının finalına çıxıb (2023,2024) və bir dəfə İtaliya kubokunun finalında oynayıb (2023).
