Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib

    9 Dekabr 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Yaponiyanın şimal-şərqində baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər xəsarət alıb, on minlərlə sakin evakuasiya edilib.

    AzerVoice xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanlar, Aomori sahillərindən təxminən 80 km məsafədə, 50 km dərinlikdə qeydə alınıb. Zəlzələ sonrası verilmiş sunami xəbərdarlıqları artıq ləğv olunub, lakin sahilə 70 sm hündürlüyündə dalğalar çırpılıb.

    Hadisə nəticəsində minlərlə ev işıqsız qalıb, regionun bəzi hissələrində dəmir yolu xətləri üzrə hərəkət dayandırılıb. Hakimiyyət orqanları yaxın günlərdə daha güclü təkanların olma ehtimalını istisna etməyərək əhalini yüksək hazırlıq vəziyyətində qalmağa çağırıb.

    “Ehtiyat tədbirlərinizi yenidən nəzərdən keçirin və yeni sarsıntı hiss etdikdə dərhal təxliyəyə hazır olun”- deyə Yaponiyanın Baş naziri Sanai Takaici zəlzələdən zərər çəkənlərə müraciətində bildirib.

    Reuters agentliyinin məlumatına görə, təxminən 90 min nəfərin təxliyəsi barədə göstəriş verilib.

    Aomori prefekturasının yerli hakimiyyəti 2 min 700-dən çox evin elektrik enerjisiz qaldığını açıqlayıb. East Japan Railway şirkəti isə bölgənin şimal-şərq hissəsində bəzi qatar marşrutlarını dayandırıb.

    Qeyd edək ki, Yaponiya ildə təxminən 1 500 zəlzələ yaşayan, seysmik cəhətdən dünyanın ən aktiv bölgələrindən birində yerləşir. Mütəxəssislər yaxın 30 ildə Nankai çökəkliyində dağıdıcı meqa zəlzələnin baş vermə ehtimalını 60-90% faiz arasında qiymətləndirirlər.

    #Yaponiya #Sunami təhlükəsi #Yaponiya zəlzələ #7.5 bal yeraltı təkan #Aomori regionu #Təxliyə əmrləri #Elektrik kəsintisi Yaponiyada #Zəlzələ sonrası afterşoklar #Böyük Yapon zəlzələsi #Fukuşima nüvə stansiyası #Fövqəladə hazırlıq Yaponiyada
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

    12 Yanvar 2026 10:52

    Türkiyə Yaponiyaya PUA təklifi edir: ANKA və Bayraktar modelləri gündəmdə

    8 Yanvar 2026 10:27

    Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

    6 Yanvar 2026 09:29

    Honda Civic Türkiyə bazarından çıxarılır

    4 Yanvar 2026 15:51

    Şimali Koreya ilin ilk raket sınaqlarını keçirib

    4 Yanvar 2026 14:10

    İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu

    25 Dekabr 2025 09:58

    Bu gün Yaponiya Honkonqu işğal edib

    18 Dekabr 2025 09:00

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    Yaponiya və ABŞ liderləri telefon danışığında əməkdaşlığı təsdiqlədilər

    25 Noyabr 2025 12:04

    Yaponiya Tayvana silahlı müdaxilə etsə, özünümüdafiə hüququmuzdan istifadə edəcəyik - Çinin BMT-dəki nümayəndəsi

    22 Noyabr 2025 16:41
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Uinston Çörçill vəfat etdi

    Tarixdə bu gün - 24 yanvar

    Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib

    Türkiyənin Baş Qərargah rəisi ABŞ və bir sıra ölkələrin baş qərargah rəisləri ilə görüşüb

    Xameneinin gizli qalxanı: Beyt-i Rəhbəri və SEPAH-ın əvəzolunmaz rolu nədən ibarətdir

    ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

    İspaniya Trampın “Sülh Şurası” təşəbbüsünü rədd edib

    Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib

    Suriyada üç şəhərdə fövqəladə vəziyyət ləğv edildi

    Rusiya nəzarət etmədiyi əraziləri də tələb edir - Reuters

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.