Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

    6 Yanvar 2026 09:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Yaponiyanın qərbində yerləşən Şimane və Tottori prefekturalarında 6,2 bal gücündə zəlzələ baş verib.

    AzerVoice xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib və ocağı 10 kilometr dərinlikdə olub.

    Yeraltı təkanlar Yaponiyanın qərb bölgələrində geniş ərazidə hiss edilib, televiziya yayımları və mobil cihazlar üzərindən erkən xəbərdarlıq siqnalları aktivləşdirilib.

    Rəsmi qurumlar hələlik ölənlər və ya ciddi dağıntılar barədə məlumat açıqlamasa da, ictimai yayımçı NHK zəlzələdən sonra dörd nəfərin xəstəxanaya yerləşdirildiyini, bəzi yaşayış və ictimai binalarda isə qismən zədələnmələrin qeydə alındığını bildirib.

    JMA zəlzələdən sonra sunami təhlükəsinin olmadığını açıqlayıb. Bununla yanaşı, Tottori prefekturasının qərbində uzunmüddətli yer hərəkətləri üçün ən yüksək göstəricilərdən biri olan “Səviyyə 4” xəbərdarlığının müşahidə edildiyi bildirilib. Bu, 2024-cü ilin yanvarında Noto yarımadasında baş verən güclü zəlzələdən sonra ölkə üzrə qeydə alınan ilk bu səviyyəli siqnal kimi qiymətləndirilir.

    Agentlik əhaliyə müraciət edərək, növbəti bir həftə ərzində 5 bal və daha yüksək gücə malik yeni zəlzələlərin baş verə biləcəyi barədə xəbərdarlıq edib və təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə edib.

    Qeyd edək ki, Yaponiya seysmik baxımdan ən fəal zonalardan birində yerləşir. 2024-cü il yanvarın 1-də Noto yarımadasında baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində 698 nəfər həyatını itirmiş, minlərlə bina dağıdılmışdı.

    #zəlzələ #Yaponiya #Zəlzələ Xəbərləri #Yaponiya Meteorologiya Agentliyi #Yaponiyada zəlzələ #yeraltı təkanlar #sunami xəbərdarlığı #erkən xəbərdarlıq sistemi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Filippinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

    7 Yanvar 2026 09:21

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    6 Yanvar 2026 16:00

    Honda Civic Türkiyə bazarından çıxarılır

    4 Yanvar 2026 15:51

    Şimali Koreya ilin ilk raket sınaqlarını keçirib

    4 Yanvar 2026 14:10

    Türkiyədə 2025-ci ildə 53 mindən çox zəlzələ qeydə alınıb

    30 Dekabr 2025 12:28

    İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu

    25 Dekabr 2025 09:58

    Bu gün Yaponiya Honkonqu işğal edib

    18 Dekabr 2025 09:00

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56
    Demo
    XƏBƏR LENTİ

    ABŞ hərbçiləri Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirib

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub

    Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı dağıdır

    Mətbuat assosiasiyası İsrailin Qəzzaya media girişinə qoyduğu qadağanı pisləyib

    Ədliyyə Nazirliyi AQC-nin yeni İdarə Heyətini təsdiqləyib

    Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

    Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    Bakıda II Qadın Liderləri Zirvəsi keçiriləcək

    AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.