Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın xarici işlər naziri Abbas Əraqçi yapon həmkarı Toşimitsu Motegi ilə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı telefon danışığı aparıb.

    AzerVoice xəbər verir ki, Əraqçi söhbət zamanı Motegini yenidən Yaponiya xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

    Tərəflər siyasi, iqtisadi və ticarət sahələrində mövcud əməkdaşlıq vəziyyətini və əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

    Görüş zamanı Əraqçi həmçinin İranın nüvə proqramı ilə bağlı son proseslərə toxunub və ABŞ ilə üç Avropa ölkəsinin — Böyük Britaniya, Almaniya və Fransanın — bu mövzudakı siyasi mövqelərini və addımlarını şərh edib.

    Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Motegi İranın nüvə məsələsinin dialoq yolu ilə həllinin vacibliyini vurğulayaraq ABŞ–İran danışıqlarının mümkün qədər tez bərpa edilməsinin önəmini qeyd edib. O, həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlığı yenidən bərpa etməsinə çağırıb.

    Hər iki nazir regional sülh və sabitliyin təmin edilməsi üçün Tokio və Tehran arasında müxtəlif səviyyələrdə yaxın dialoqu davam etdirmək barədə razılığa gəlib.

    Motegi daha əvvəl 2019–2021-ci illərdə də Yaponiya xarici işlər naziri vəzifəsində çalışıb və 21 oktyabr 2025-ci ildə yenidən bu vəzifəyə gətirilib.

    #İran #Almaniya #ABŞ #Fransa #Böyük Britaniya #Yaponiya #Tehran #MAQATE #TOkio #Abbas Əraqçi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    6 Dekabr 2025 15:47

    İran quraqlığa dəniz suyu ilə həll yolu axtarır

    6 Dekabr 2025 15:43

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Bombalanmış Çernobıl sığınacağı radiasiyanı saxlaya bilmir – MAQATE

    6 Dekabr 2025 12:30

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir - Meloni

    6 Dekabr 2025 09:57

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    ABŞ Kanadaya 2,68 milyard dollar dəyərində hava hücumu silahlarının satışını təsdiqləyib

    5 Dekabr 2025 11:12

    2026 Dünya Kuboku ilk dəfə 48 komanda ilə keçiriləcək

    5 Dekabr 2025 10:17
    Demo
    XƏBƏR LENTİ

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.