BAKI, AzerVoice, Nailə Babazadə
Venesuela vitse-prezidenti Delsi Rodriges ABŞ-ın Karib dənizindəki hərbi hərəkətliliyini “ölkəni 51-ci ştat etməyə yönəlmiş təzyiq” kimi qiymətləndirib.
AzerVoice xəbər verir ki, O, Karakasda çıxış edərək Venesuelanın müstəqil qalmaqda qətiyyətli olduğunu bildirib.
Daxili İşlər Naziri Diosdado Kabelyo isə mümkün hərbi müdaxilə ehtimalına qarşı hazırlıqların davam etdiyini açıqlayıb.
ABŞ-ın narkotiklə mübarizə adı altında bölgəyə döyüş gəmiləri və USS Gerald R. Ford təyyarədaşıyanını göndərməsi həm Venesuelada, həm də beynəlxalq ictimaiyyətdə narazılıq doğurub.