Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Tramp Venesuela ilə diplomatik əlaqələrin dayandırılmasını əmr etdi

    7 Oktyabr 2025 11:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Trampın, Venesuela hökuməti ilə aparılan diplomatik əlaqələri dayandırmaq əmri verdiyi iddia edilib.

    AzerVoice xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat verib.

    Trampın Venesuela hökuməti ilə diplomatik təmasları həyata keçirən Riçard Qrenellə, Venesuela Prezidenti Nikolas Maduro ilə aparılan danışıqlar da daxil olmaqla, bütün əlaqələrin dayandırılması barədə göstəriş verdiyi bildirilib.

    Xəbərdə qeyd olunub ki, Tramp, Maduronun ABŞ-ın “hakimiyyətdən könüllü şəkildə get” tələbinə cavab verməməsindən və Venesuelalı rəsmilərin “narkotik qaçaqmalçılığı ilə əlaqələrinin olmadığı” yönündəki iddialarından getdikcə daha çox məyus olub.

    Rəsmilərin sözlərinə görə, Tramp administrasiyası gərginliyin artması ehtimalına qarşı Maduronu hakimiyyətdən uzaqlaşdırmağa yönəlik variantları da əhatə edən müxtəlif hərbi planlar hazırlayıb.

    Tramp imzaladığı fərmanla, Cənubi Amerika mənşəli narkotik kartellərinə qarşı mübarizənin yerində aparılması məqsədilə ordunun daha geniş və effektiv istifadə olunması göstərişi verib. Müdafiə naziri Pit Hegset də ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi də daxil olmaqla əməliyyatlara hazır olduğunu bildirib.

    ABŞ hökuməti, avqustun 8-də Venesuela Prezidenti Nikolas Maduronun tutulması və ya məhkum olunmasına dair məlumat verənlər üçün əvvəl 25 milyon dollar olan mükafatı 50 milyon dollara qaldırdığını da açıqlamışdı.

    Digər tərəfdən, ABŞ-ın Venesuela sahillərində bəzi qayıqları “narkotik qaçaqmalçılığı” səbəbilə hədəfə alması həm Venesuela hökuməti, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilmiş, edilən hücumların “beynəlxalq hüquqa zidd olduğu” bildirilmişdi.

    #Donald Tramp #Venesuela #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın Avropa siyasəti #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #Venesiya Film Festivalı #Donald Tramp Venesuela siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27

    Dünyada lağ obyektinə çevrilmişik - Tramp

    9 Fevral 2026 11:06
    XƏBƏR LENTİ

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.