Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran ABŞ-ın Karib hövzəsindəki hərbi fəaliyyətləri barədə xəbərdarlıq edib

    15 Noyabr 2025 13:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmyıl Bəqai ABŞ-ın Karib dənizi və Latın Amerikasındakı hərbi fəaliyyətlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün “təhlükəli nəticələrə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

    AzerVoice xəbər verir ki, Bəqai Venesuelanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

    O, Venesuelanın “qanuni və seçilmiş hökumətinə qarşı güc tətbiqi ilə hədələməni” beynəlxalq hüququn açıq şəkildə pozulması, həmçinin BMT Nizamnaməsinin, xüsusilə millətlərin öz müqəddəratını təyin etmə və gücdən istifadənin qadağan olunması ilə bağlı 2(4)-cü maddəsinin kobud şəkildə pozulması kimi dəyərləndirib.

    Bəqai, beynəlxalq qurumların ABŞ-ın balıqçı qayıqlarına hücumlarını “ixtiyari və qeyri-qanuni qətllər” kimi təsvir edən çoxsaylı hesabatlarına istinad edərək, narkotiklərlə mübarizə bəhanəsi ilə Venesuelanın suverenliyinin pozulmasına son qoyulmasına çağırıb.

    İran rəsmisi həmçinin BMT Baş katibi Antonio Quterreşin beynəlxalq sülh və təhlükəsizliyin pozulmasının qarşısını almaq və “aqressiv birtərəfliliyin genişlənməsinin qarşısını almaq” öhdəliyini yerinə yetirməyə çağırıb.

    #İran #BMT #ABŞ #Antonio Quterreş #Venesuela #İran XİN #İsmayıl Bəqai #Karib dənizi böhranı #Karib dənizi hövzəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Türkiyədən İrana hazır geyim ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    12 Yanvar 2026 17:00

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52

    İranla bağlı “çox güclü variantları” nəzərdən keçiririk – Tramp

    12 Yanvar 2026 14:33

    Biz həm müharibəyə, həm də danışıqlara hazırıq - İran XİN

    12 Yanvar 2026 13:22

    TRIPP dayanıqlı sülhə və regional əlaqəliliyin gücləndirilməsinə aparan yolda mühüm mərhələdir - Elçin Əmirbəyov

    12 Yanvar 2026 12:30

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    11 Yanvar 2026 20:13

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    11 Yanvar 2026 19:44

    Pezeşkian: Etiraz etmək İran vətəndaşlarının haqqıdır

    11 Yanvar 2026 19:30

    İran prezidenti: Vətəndaşların nigaranlığını aradan qaldırmaq hökumətin vəzifəsidir

    11 Yanvar 2026 19:24

    Tramp: Kubaya neft və maliyyə vəsaitlərinin göndərilməsi dayandırılacaq

    11 Yanvar 2026 18:46

    Keçən il Türkiyədən İrana sement ixracı 9 milyon dolları keçib (ÖZƏL)

    11 Yanvar 2026 15:00

    İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

    11 Yanvar 2026 12:45
    Demo
    XƏBƏR LENTİ

    Netanyahu Qəzza öhdəliklərindən yayınmaq üçün Livanı mümkün müharibə meydanına çevirir

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    Beynəlxalq Məhkəmədə Myanmara qarşı rohinca soyqırımı işi başlayıb

    Ukrayna 500 km-dən artıq mənzilli raketlər əldə edəcək

    Venesuela nefti ABŞ şist sənayesini niyə risk altına salır?

    İranda əsas müxalifət qrupları hansılardır?

    ABŞ Ukrayna müharibəsindən maliyyə qazancı əldə edir - Tramp

    Su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq - Arzu Süleymanov

    Türkiyə və Oman arasında ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq böyük forum fevralda keçiriləcək

    Keçən il Türkiyədən İrana hazır geyim ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.