Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Venesuela sahillərində daha bir qayığı vurdu - Altı nəfər həlak olub

    15 Oktyabr 2025 17:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    ABŞ Silahlı Qüvvələri Venesuela sahilləri yaxınlığında narkotik qaçaqmalçılığı ilə əlaqəsi olduğu iddia edilən bir qayığı hədəfə alıb.

    AzerVoice xəbər verir ki, hücum nəticəsində altı nəfər həlak olub, bununla da ABŞ-ın son aylarda bölgədə həyata keçirdiyi əməliyyatlarda ölənlərin ümumi sayı 27 nəfərə çatıb.

    ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada hücumu təsdiqləyib. O bildirib ki, əməliyyatın həyata keçirilməsi barədə əmri müdafiə naziri Pit Hegset verib.

    Trampın sözlərinə görə, kəşfiyyat məlumatları qayığın “narkotik qaçaqmalçılığı və beynəlxalq narko-terror şəbəkələri ilə əlaqəsi olduğunu” göstərib. Lakin bu iddianı təsdiqləyən heç bir sübut təqdim olunmayıb.

    Prezident paylaşımına hadisəyə aid video da əlavə edib. Kadrda kiçik bir qayığın raket zərbəsi nəticəsində partladığı əks olunub.

    ABŞ rəsmiləri ölənlərin kimliyi, daşıdıqları yük və qayığın istiqaməti barədə məlumat verməyiblər.
    Kongresə sızan sənədlərdə ABŞ hökumətinin bu əməliyyatları “beynəlxalq xarakter daşımayan silahlı toqquşmalar” kimi qiymətləndirdiyi bildirilir.

    Keçən həftə Senatda bu tip hücumların Konqresin təsdiqi olmadan keçirilməsini qadağan edən qanun layihəsi səsverməyə çıxarılsa da, kifayət qədər səs toplanmadığı üçün qəbul edilməyib.

    Kaliforniyalı demokrat senator Adam Şiff X platformasında paylaşdığı açıqlamada xəbərdarlıq edib:

    “İndiyədək 27 nəfərin öldüyü bu əməliyyatlar ABŞ-ı genişmiqyaslı hərbi toqquşmaya sürükləyə bilər.”

    2018–2023-cü illərdə ABŞ-ın Venesuela üzrə nümayəndəsi olmuş səfir Ceyms Stori, bu əməliyyatların əks-təsir yarada biləcəyini bildirib:

    “Bu hücumlar Kolumbiya kimi müttəfiq ölkələrdən kəşfiyyat məlumatı toplama imkanlarımızı zəiflədir,” – deyə o vurğulayıb.

    Stori əlavə edib ki, bu vəziyyət beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər və ABŞ-ın bölgədəki diplomatik əməkdaşlığını zəiflədir.

    Tramp administrasiyasının üzvləri, o cümlədən vitse-prezident Cey Di Vens, bu əməliyyatların “məhkəməsiz edam” kimi xarakterizə edilməsini rədd ediblər. Rəsmi açıqlamalarda qeyd olunur ki, bu əməliyyatlar “narkotik ticarətinə qarşı qanuni müdafiə tədbirləri” çərçivəsində həyata keçirilir.

    ABŞ-ın bölgədəki ilk hücumu 2 sentyabrda baş verib və nəticədə 11 nəfər ölüb. Sonrakı hücumlar 15 sentyabr, 19 sentyabr və 3 oktyabr tarixlərində reallaşdırılıb.

    Venesuela Prezidenti Nikolas Maduro Vaşinqtonu Karib dənizində hərbi varlığını artıraraq onu devirməyə çalışmaqda ittiham edir. ABŞ isə Maduro-nu narkotik ticarəti ilə əlaqədə suçlayır.
    Vaşinqton avqust ayında Maduro haqqında məlumat verən şəxs üçün 50 milyon dollarlıq mükafat təyin edib.

    #ABŞ #Donald Tramp #Venesuela #Venesuela xəbərləri #ABŞ Venesuela gəmilər #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #Donald Tramp Venesuela siyasəti #ABŞ Venesuela hərbi müdaxilə #Venesuela hökuməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47
    XƏBƏR LENTİ

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.