Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-Səudiyyə münasibətləri strateji və iqtisadi cəhətdən dərinləşir

    19 Noyabr 2025 18:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanla görüşüb. Səfər Səudiyyə-ABŞ münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir və iki ölkə arasında müdafiə, nüvə enerjisi, texnologiya və investisiya sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edir.

    AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı Tramp Məhəmməd bin Salman barəsində “uzun illərdir yaxın dostumuzdur” deyərək onu Ağ Evdə qəbul etməyin “şərəf” olduğunu bildirib. O, Səudiyyə Ərəbistanını ABŞ-nin güclü müttəfiqi kimi qiymətləndirib və Kral Salmana hörmətini ifadə edib.

    Mətbuat brifinqində Vəliəhd Şahzadə 600 milyard dollarlıq sərmayə planının 1 trilyon dollara qədər artırılacağını bildirib.

    “Biz bu 600 milyard dolları demək olar ki, 1 trilyon dollara qədər yüksəldirik.”-Vəliəhd deyib.

    Görüşdə regionun müdafiə gündəliyi də müzakirə olunub. ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satmaq niyyətində olduğu bildirilib. Hazırda bu təyyarələr Yaxın Şərqdə yalnız İsrailin istifadəsindədir. Tramp proseslə bağlı “məncə hər ikisi ən yüksək səviyyəli F-35-lərə sahib olmalıdır,” - deyib.

    Bu addım ABŞ-nin regional silah ixrac siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir.

    Danışıqların əsas siyasi mövzularından biri Səudiyyə-İsrail münasibətlərinin gələcəyi olub. Məhəmməd bin Salman normallaşmaya hazır olduqlarını, lakin ilk növbədə Fələstin dövlətçiliyi üçün aydın yol xəritəsinin təmin edilməli olduğunu deyib.

    “İbrahim Sazişlərinin bir hissəsi olmaq istəyirik. Amma iki dövlətli həll üçün açıq yol təmin edilməlidir.”- Salman deyib.

    Səudiyyə Ərəbistanı Fələstin məsələsində mövqeyinin dəyişmədiyini və normallaşma üçün 1967 sərhədləri daxilində müstəqil dövlət tələbinin qüvvədə qaldığını bildirib.

    Səfər həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsinə həsr edilib. Səudiyyə Ərəbistanının Vision 2030 proqramı çərçivəsində texnologiya, idman, mədəniyyət və turizm kimi sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq dərinləşdirilir.

    Əməkdaşlıq çərçivəsinin elan ediləcəyi əsas tədbir çərşənbə günü Kennedi Mərkəzində keçiriləcək böyük investisiya sammiti olacaq. Tədbirdə Salesforce, Qualcomm, Pfizer, Chevron, Cleveland Clinic və Aramco kimi şirkət rəhbərlərinin iştirakı gözlənilir.

    Bu sammit çərçivəsində yeni müqavilələrin imzalanacağı istisna edilmir.

    #Səudiyyə Ərəbistanı #ABŞ #Donald Tramp #Məhəmməd bin Salman #Donald Tramp və Qəzza planı #Donald Tramp və İsrail əlaqələri #Donald Tramp və Fələstin planı #Donald Tramp Yaxın Şərq siyasəti #Salmanın ABŞ-yə səfəri #Salmanın Səudiyyə ABŞ əməkdaşlıq layihəsi #Salmanın Fələstin siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    13 Fevral 2026 15:54

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10
    XƏBƏR LENTİ

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.