Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Tramp, Nyu-Yorkun yeni seçilən bələdiyyə başçısı Zahran Mamdani ilə görüşəcək

    20 Noyabr 2025 09:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp, Nyu-York bələdiyyə başçısı seçkilərini qazanan Demokrat namizəd Zahran Mamdani ilə sabah görüş keçirəcəyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı bəyanatda Mamdaninin görüş istədiyini bildirib.

    “Nyu-Yorkun kommunist bələdiyyə başçısı Zahran Mamdani görüş tələb etdi. 21 noyabr Cümə günü Oval Ofisdə görüşməyə razılaşdıq. Ətraflı məlumat tezliklə.” - deyə Tramp paylaşımda qeyd edib.

    Prezident daha öncə Fox News-ə müsahibəsində Mamdani haqqında danışaraq, onun Vaşinqtona hörmətlə yanaşmalı olduğunu qeyd etmişdi.

    “Düşünürəm ki, mənə yaxşı davranmalıdır. Ona göndərilən bir çox məsələni təsdiqləyən mənəm.” - deyə Tramp qeyd etmişdi.

    Seçkilərin ilkin nəticələri elan edildikdən sonra Tramp prosesi “saxtakarlıq” adlandırmış və Demokratların Nyu-Yorkda “kommunist” bir namizədi seçdiyini iddia etmişdi.

    Qeyd edək ki, Uqanda əsilli 34 yaşlı Zahran Mamdani, 4 noyabr seçkilərinin qeyri-rəsmi nəticələrinə əsasən, ABŞ-ın ən böyük şəhərinə rəhbərlik edəcək son yüz ildəki ən gənc və ilk müsəlman siyasətçi olub. CBS News-in məlumatına görə, seçkilərdə 2 milyondan çox seçici iştirak edib ki, bu da 1969-cu ildən bəri ən yüksək göstəricidir. Mamdani ümumilikdə 1 milyon 39 min səs toplayıb.

    O, vəzifəni 1 yanvar 2026-da müddəti başa çatan Erik Adamsdan təhvil alacaq. Nyu-Yorkun əhalisi 9 milyona yaxındır.

    #Donald Tramp #Nyu-York #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın iddiaları #Trampın Avropa siyasəti #Oval Ofis #Zahran Mamdani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hava məkanını yenidən açdı

    15 Yanvar 2026 12:23

    İran ABŞ bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib

    14 Yanvar 2026 17:40

    Həmd bin Cəssim İrana zərbə riskinə qarşı xəbərdarlıq edib

    14 Yanvar 2026 16:38

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    İran rəsmisi mülki vətəndaşların ölümünə görə birbaşa ABŞ və İsraili məsuliyyətli tutub

    14 Yanvar 2026 10:48

    Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Donald Trampı İrana hücum etməməyə çağırıb

    14 Yanvar 2026 09:14

    Dmitri Medvedyev Qrenlandiyanın Rusiyaya birləşə biləcəyini iddia edib

    13 Yanvar 2026 12:28

    Vaşinqton İrandakı etirazlar fonunda hərbi güc tətbiqini gündəmdə saxlayır

    13 Yanvar 2026 10:13

    İranla bağlı “çox güclü variantları” nəzərdən keçiririk – Tramp

    12 Yanvar 2026 14:33

    Tramp özünü Venesuelanın müvəqqəti prezidenti elan edib

    12 Yanvar 2026 11:55

    Tramp: Kubaya neft və maliyyə vəsaitlərinin göndərilməsi dayandırılacaq

    11 Yanvar 2026 18:46

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    10 Yanvar 2026 12:44
    Demo
    XƏBƏR LENTİ

    İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq məsələləri müzakirə edildi

    “Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq

    İsrail 95 günlük atəşkəs dövründə Qəzzada 1200-dən çox pozuntu törədib

    Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq

    Pekin Tehrana dəstək mesajı verdi

    Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

    “Hər məsciddə kitabxana” layihəsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində davam etdirilib

    HƏMAS Qəzzanın idarə edilməsi üçün texnokratik komitənin yaradılmasını dəstəkləyib

    İRİA mygov platforması adından yayılan saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb

    Ançelotti Mançester Yunayted üçün əsas namizəd kimi göstərilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.