Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrailli şahmatçılara bayraq qadağası

    12 Sentyabr 2025 22:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İspaniyanın şimalındakı Bask bölgəsinin Sestao şəhərində keçirilməsi planlaşdırılan 40-cı “Basque Country Open” şahmat turnirində israilli şahmatçıların İsrail bayrağı ilə çıxış etməsinə qadağa qoyulub.

    AzerVoice xəbər verir ki, bu qərar İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq qəbul edilib.

    İsrail isə buna cavab olaraq turnirdən çəkilmək qərarı verib.

    Turnirin təşkilatçısı olan Sestao Şahmat Klubu iştirakçılardan ölkə bayraqları əvəzinə Dünya Şahmat Federasiyasının (FIDE) bayrağından istifadə etmələrini tələb edib.

    Bu qərara həm İsrail, həm də FIDE etiraz edib. FIDE açıqlamasında təşkilatçılarla məsləhətləşmədiklərini, ölkələrə və bayraqlara qarşı ayrı-seçkiliyi pislədiklərini bəyan edib.

    Gələn reaksiyalardan sonra təşkilatçılar əlavə qərar qəbul edərək turnirdə heç bir ölkənin bayrağına yer verilməyəcəyini, yalnız Bask bölgəsi və Fələstin bayraqlarının nümayiş etdiriləcəyini açıqlayıblar.

    Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə FIDE tərəfindən sanksiyalara məruz qalan Rusiya və Belarus şahmatçıları da beynəlxalq turnirlərdə yalnız neytral FIDE bayrağı altında çıxış edə bilirlər. Hər iki ölkənin milli komandalarının isə FIDE yarışlarına qatılmasına icazə verilmir.

    #Qəzza #İsrail #Qəzza zolağı #İspaniya #Şahmat #FİDE #Qəzza hücumu #İspaniyada şahmat turniri #İsrailli şahmatçılara bayraq qadağası #İsrailli şahmatçılar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    3 Fevral 2026 17:26

    İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib

    3 Fevral 2026 12:39

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    1 Fevral 2026 20:15

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26

    Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı

    31 Yanvar 2026 09:43

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdılıb

    29 Yanvar 2026 09:59

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    28 Yanvar 2026 22:04
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Corc Vaşinqton yekdilliklə ABŞ-ın ilk prezidenti seçilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

    Tarixdə bu gün - 4 fevral

    Seyfülislam Qəddafinin öldürüldüyü iddia olunub

    Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

    ABŞ İran pilotsuz aparatını vurub

    İran ABŞ-la görüşmələrin İstanbuldan Omana köçürülməsini istəyib - ABŞ KİV

    İran hücum qayıqları ABŞ tankerinə dayanmaq əmri verib

    Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.