BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ Avropadan Ukraynanın təhlükəsizliyində əsas rol tələb edir.
AzerVoice xəbər verir ki, ABŞ-ın vitse-prezidenti JD Vance Fox News-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması razılığı əldə edilərsə, Avropa ölkələri Ukraynanın təhlükəsizliyində “ən böyük payı” öz üzərinə götürməlidir.
Vance Avropanın Kiyevə yaxınlığı və təhlükəsizlik maraqları nəzərə alınaraq əsas məsuliyyət daşıdığını vurğulayıb. O, ABŞ-ın lazım gələrsə müharibəni dayandırmaq üçün kömək etməyə hazır olduğunu, lakin Avropanın “aparıcı rol” almasını gözlədiklərini qeyd edib.