Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Venesuelada ABŞ-a qarşı könüllü səfərbərlik

    24 Avqust 2025 10:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizinə üç hərbi gəmi göndərməsi qərarından sonra Milli Bolivarçı Milis Gücünə yüzlərlə vətəndaşın könüllü yazıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, dövlət televiziyasına müsahibəsində çıxış edən Maduro qeydiyyat prosesinin “son dərəcə uğurlu” keçdiyini vurğulayıb. O bildirib ki, xalq ABŞ gəmilərinə qarşı böyük vətənpərvərlik nümayiş etdirir və bu proses bazar günü də davam edəcək.

    Prezident milli müdafiənin əhəmiyyətini xüsusi vurğulayıb:

    “Vətəni müdafiə etmək həm sevgi, həm də vətəndaşlıq borcudur. Vətənini qorumayan ailəsini də, özünü də qoruya bilməz. Ölkəsinin tarixini və suverenliyini sevməyən insanlar ruhlarını itirirlər. Mən vətənimi sevdiyim üçün yazılıram. Sən də qoşul! Yaşasın Venesuela, yaşasın vətən, yaşasın sülh!”

    Buna cavab olaraq, müxalifət lideri Mariya Korina Maçado sosial şəbəkədə yaydığı bəyanatda xalqı Maduronun çağırışına məhəl qoymamağa səsləyib.

    “Onlar səni guya müdafiə edirmiş kimi göstərirlər, əslində isə gücləri zəifləyir. Məhəl qoyma, görməzdən gəl, onları tək burax” - deyə, o yazıb.

    Qeyd edək ki, Milli Bolivarçı Milis Gücünə qeydiyyat paytaxt Karakasla yanaşı Taçira, Varqas, Merida, Truxilyo, Barinas, Delta Amakuro və Zuliya əyalətlərində də aparılır. Ordunun tərkibinə bağlı olsa da, əsasən mülki könüllülərdən ibarət olan bu güc köməkçi qüvvə hesab olunur. Onların vəzifəsi milli müdafiəni gücləndirmək, ictimai səfərbərliyi təmin etmək və lazım gəldikdə silahlı qüvvələrə dəstək verməkdir.

    Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl imzaladığı sərəncamla Latın Amerikası mənşəli narkokartellərlə mübarizə bəhanəsi ilə ordunun daha geniş istifadə olunması göstərişini vermişdi. CNN-ə danışan yüksək rütbəli iki ordu rəsmisinin məlumatına görə, bu qərardan sonra bölgəyə 4 min dəniz piyadasının göndərilməsi planlaşdırılıb. Tramp avqustun 15-də Venesuela sahillərinə üç hərbi gəminin göndərilməsi əmri də imzalayıb.

    #ABŞ #Venesuela #Nikolas Maduro #Venesuela xəbərləri #Nikolas Maduro çıxışı #Maduro çağırışı #ABŞ Venesuela gəmilər #Karib dənizi böhranı #Milli Bolivarçı Milis Gücü #Venesuela mülki könüllülər #María Korina Maçado bəyanatı #Venesuela müxalifəti #ABŞ hərbi əməliyyatları #ABŞ dəniz piyadaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23

    Əş-Şaraa Vaşinqtona səfər edəcək

    1 Noyabr 2025 22:09

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi

    1 Noyabr 2025 09:21

    Əfqanıstan Pakistanla görüşlərə başladı, Türkiyə və Qətərə təşəkkür etdi

    31 Oktyabr 2025 12:30

    Türkiyənin yerli tankı “Altay” Bakı üçün də gərəkli ola bilər

    31 Oktyabr 2025 11:32

    Türkiyə ilə yaxın tərəfdaşlığı genişləndirmək istəyirik - Merts

    30 Oktyabr 2025 11:57

    Vaşinqtonda milli qvardiyanın xidmət müddəti 2026-cı ilə qədər uzadılıb

    30 Oktyabr 2025 10:08
    Demo
    XƏBƏR LENTİ

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    Şuşada Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş keçirilib

    Türkiyənin hazır geyim ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    Filippində tayfun fəlakəti nəticəsində ölənlərin sayı artıb

    Fənərbaxça Avropa Liqasında səfərdə Viktoriya Plzenlə qarşılaşacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.