BAKI, AzerVoice, Nərmin Ağayeva
Tayvan yüksək həyəcan vəziyyətindədir- Çin təyyarələri və gəmiləri adanın yaxınlığında aşkar edilib.
AzerVoice xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi adanın yaxınlığında 21 Çin hərbi təyyarəsi və 7 döyüş gəmisinin müşahidə olunduğunu açıqlayıb.
Açıqlamaya görə, təyyarələrin 17-si Tayvan boğazında media xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Bölgəsi (ADIZ)”nin cənub-qərbində uçub. Tayvan ordusu həm təyyarələr, həm də gəmilər üçün müşahidə və cavab tədbirləri həyata keçirib.
Çin Tayvanı ərazisinin bir hissəsi hesab edir, lakin ada 1949-cu ildən de-fakto müstəqil olaraq fəaliyyət göstərir və materik Çinlə suverenlik mübahisəsi davam edir.