Əsas səhifə » Türkiyədə temperatur 52 dərəcəyə yüksəlib

Türkiyədə temperatur 52 dərəcəyə yüksəlib

BAKI, AzerVoice

Türkiyənin ən yüksək temperaturu ölçülən şəhərlərdən biri olan Şanlıurfada termometrlər 52 dərəcəni göstərib.

AzerVoice xəbər verir ki, isti havalar şəhərin həyatına mənfi təsir göstərməkdə davam edir. İstidən qorunmaq istəyənlər Balıklıgöl şəhərciyinin yaşıllıqlarında, parklarında, kölgəlik ağaclarında sərinləməyə üstünlük veriblər.

Bəzi vətəndaşların papaq və çətirdən istifadə edərək, bəzilərinin isə hovuzlarda sərinləməyə çalışdıqları müşahidə edilib.

İstilər səbəbindən şəhərin hərəkətli küçə və prospektlərində də sakitlik müşahidə olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice