BAKI, AzerVoice
Malta sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmi olaraq Fələstin Dövlətini tanıyacağını bəyan edib.
AzerVoice xəbər verir ki, bu barədə Malta Baş naziri Robert Abela sosial media hesabında açıqlama verib.
“Mövqeyimiz Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün səylərə sadiqliyimizi ifadə edir,” – deyə Baş nazir bildirib.
Abela bildirib ki, bu vəziyyətin diqqətdən kənarda qalması yolverilməzdir.
Maltanın rəsmi mövqeyi, may ayında Nyu-Yorkda keçirilən “Fələstin Probleminin Sülh Yolu ilə Həlli və İki Dövlətli Həllin Tətbiqi” adlı beynəlxalq konfrans zamanı ilk dəfə səsləndirilib. Konfransın əvvəlcə iyun ayında keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınaraq bu yaxınlarda baş tutub.
Malta bu addımı ilə Fələstini suveren dövlət kimi tanıyan Avropa İttifaqı üzvü ölkələrin sırasına qoşulmağa hazırlaşır.