Əsas səhifə » Fələstin münaqişəsinin "iki dövlətli" həlli ən ən çıxılmaz mərhələdədir - Quterreş

Fələstin münaqişəsinin "iki dövlətli" həlli ən ən çıxılmaz mərhələdədir - Quterreş

BAKI, AzerVoice

İsrail-Fələstin münaqişəsinin iki dövlətli həlli, bugünə qədərki ən çıxılmaz mərhələsindədir.

AzerVoice xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda keçirilən “Fələstin məsələsinin dinc yolla həlli və iki dövlətli həllin həyata keçirilməsi” adlı beynəlxalq konfransda deyib.

“Reallıq budur ki, biz həlledici bir mərhələdəyik, iki dövlətli həll heç vaxt bu qədər uzaqda olmayıb” – deyə, o bildirib.

Baş katib əlavə edib ki, İsrail-Fələstin münaqişəsinin həlli “siyasi iradə və cəsarətli liderlik” tələb edir.

“İki dövlətli həll beynəlxalq hüquqda öz əksini tapan, BMT Baş Assambleyası tərəfindən qəbul edilən və beynəlxalq ictimaiyyətin dəstəklədiyi yeganə əsasdır” – deyə, Quterreş qeyd edib.

Qeyd edək ki, BMT-nin Fələstin məsələsinin dinc həlli və İsrail-Fələstin münaqişəsinə dair iki dövlətli qərarın həyata keçirilməsi üzrə yüksək səviyyəli beynəlxalq konfransı bu gün Nyu-Yorkda başlayıb və iyulun 30-a qədər davam edəcək.

Əlavə edək ki, Fələstin BMT-nin 148 üzv dövləti tərəfindən tanınıb. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. “İki dövlət – iki xalq üçün” prinsipi 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

Digər Kateqoriyalar

2025 © Azervoice