Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Fransa hökuməti İsrailin Fələstindəki cinayətlərinə şəriklikdə ittiham olunur

    29 İyul 2025 16:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Fransada 100-dən çox vəkilin daxil olduğu "Yaxın Şərqdə Ədalət üçün Vəkillər Assosiasiyası" (AJPO) ölkə rəhbərliyini İsrailin Qəzza və işğal olunmuş İordan çayının qərb sahilində törətdiyi soyqırımı, insanlığa qarşı və müharibə cinayətlərinə şəriklikdə ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) müraciət edib.

    AzerVoice xəbər verir ki, Məlumatı Barış üçün Yəhudi Fransız Birliyi (UJFP) yayıb.

    Şikayətdə Fransa Prezidenti Emmanuel Makron, Baş nazir Fransua Bayru, Müdafiə naziri Sebastyen Lekornu və 19 millət vəkili İsrailin cinayətlərinə "diplomatik, mənəvi və maddi dəstək verməklə" ortaq olmaqda ittiham edilir.

    Fransa rəhbərliyinə qarşı təqdim edilən müraciətdə bildirilir ki, İsrailin işğal olunmuş Fələstin ərazilərində törətdiyi cinayətlərə qarşı Fransa hökumətinin fəaliyyətsizliyi və göstərdiyi dəstək bu cinayətlərə birbaşa şəriklik anlamı daşıyır.

    Müraciətə əsasən, Fransa hökumətinin bu mövzu ilə bağlı fəaliyyəti Roma Statutunun 25-ci maddəsinin 3-cü bəndi çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olan cinayətlərə şəriklik təşkil edir. Xüsusilə İsrailə hərbi yardımın göstərilməsi, Fransa vətəndaşı olan ikili vətəndaşlıqlı İsrail əsgərlərinin cəzalandırılmaması hökumətin bu cinayətlərə “maddi dəstək” verdiyini göstərir.

    Bundan əlavə, Fransa hökumətinin İsrailin işğal altındakı Fələstin ərazilərində həyata keçirdiyi sömürgəçilik fəaliyyətlərinə qarşı çıxmaması da bu siyasətə “iqtisadi dəstək” kimi qiymətləndirilir.

    Fransa rəhbərliyinin İsrailin Fələstində törətdiyi cinayətlərdən xəbərdar olduğu, lakin bu cinayətlərin qarşısını almaq üçün addım atmadığı, əksinə, onların davam etməsinə şərait yaratdığı vurğulanır. Bu isə Fransa hökumətinin məsuliyyət daşıdığı fikrini gücləndirir.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Fransa #Emmanuel Makron #Beynəlxalq Cinayət Məhkəməsi #fələstin bayrağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Fələstinli məhbuslar #Qəzza müharibəsi #Qəzza blokadası #Fələstin insan haqları #Uşaq ölümü Qəzza #Fələstin məsələsi #Fələstin və beynəlxalq yardım #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    “Bujival” razılaşmasına qarşı Kanaki Sazişi

    10 Fevral 2026 11:04
    XƏBƏR LENTİ

    Sürücülərin təhlükəsizliyi üçün sürət həddi endirildi

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib

    Forrest Gump – Həyat bir qutu şokolad kimidir

    Hüquq Bələdçisi - Mediator kimdir?

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    Quranda sözlərin təkrarlanma statistikası diqqət çəkir – İlahi mətnin simmetrik quruluşu araşdırılır

    Gün aşırı oruc tutmağın sirləri: Peyğəmbərimizin ən böyük tövsiyəsi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.