Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə XİN İsrailə qarşı tədbirləri nəzərdə tutan bəyanata qoşulub

    29 İyul 2025 19:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə, Kolumbiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərərək Lahey Qrupunun Boqotada qəbul etdiyi, İsrailə qarşı nəzərdə tutulan tədbirləri əks etdirən Ortaq Bəyanata qoşulub.

    AzerVoice xəbər verir ki, Türkiyə sənədin ikinci və üçüncü maddələrində Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ üzrə Konvensiyasına (BMDHS) edilən istinadlara dair şərh təqdim edib.

    Rəsmi Ankara bu bəyanatın BMDHS ilə bağlı mövcud hüquqi mövqeyinə heç bir dəyişiklik gətirmədiyini vurğulayıb. Şərh yalnız qeyd olunan maddələrdəki BMDHS istinadlarına aiddir və digər hissələri əhatə etmir.

    Sözügedən maddələrdə qeyd olunur ki, əgər İsrailə silah və hərbi sursat daşınması ehtimalı varsa, limanlar və dəniz suları bu fəaliyyətlərə vasitəçilik etməməli, həmçinin həmin ölkənin bayrağını daşıyan gəmilərin bu cür daşımaları həyata keçirməsinin qarşısı alınmalıdır. Həmçinin vurğulanır ki, bütün bu tədbirlər BMDHS da daxil olmaqla beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilməlidir.

    Bogota Bəyanatında ayrıca bir fəaliyyət planı yoxdur, sənəddə İsrailə qarşı görülməsi planlaşdırılan tədbirlər sadalanır.

    İyulun 25-də Türkiyə xarici işlər naziri Hakan Fidan "NTV" telekanalına verdiyi müsahibədə bəyanatda Türkiyənin imzası olmadığına dair iddiaları təkzib edib. O bildirib ki, sənəddə BMDHS-yə istinadlar yer alsa da, Egey dənizinin statusu hələ müəyyənləşmədiyi üçün Türkiyə bu Konvensiyanın tərəfi deyil. Fidan əlavə edib ki, hüquqşünaslarla aparılan məsləhətləşmələr nəticəsində sənəddəki BMDHS hissəsinə izah verilib və ümumilikdə sənədə qoşulmaqda hüquqi baxımdan hər hansı problem görülmür.

    Qeyd edək ki, 1982-ci il tarixli bu konvensiya, okeanlar üçün ümumbəşəri hüquq norması olaraq hazırlanıb. Lakin Egey dənizi kimi yarı qapalı və tarixi-coğrafi xüsusiyyətlərə malik akvatoriyaların spesifik vəziyyətlərini nəzərə almır. Türkiyə bu Konvensiyanın xüsusilə 3-cü, 33-cü və 121-ci maddələrinin Egey dənizindəki maraqlarına zidd olduğunu bildirərək, sənədə tərəf olmamışdır.

    Əgər BMDHS Egey dənizində tətbiq olunsa, Yunanıstanın sahilboyu sularını 12 dəniz milinə qədər genişləndirməsi və bunun nəticəsində dənizin 70 faizinə nəzarət etməsi riski yarana bilər.

    Məhz bu səbəbdən Türkiyə təkcə Konvensiyaya qoşulmaqdan deyil, ona istinad edən beynəlxalq sənədlərə də ehtiyatla yanaşır. Bu mövqe, Konvensiyanın müvafiq maddələrinin beynəlxalq adət hüququna çevrilməsinin qarşısını almağa yönəlib.

    Türkiyə Bogota Bəyanatı, Lahey Qrupu Türkiyə, Türkiyə İsrailə qarşı bəyanat, BMDHS və Türkiyə, Hakan Fidan NTV açıqlaması, Egey dənizi və BMDHS, Türkiyə rəsmi nota, Türkiyə beynəlxalq hüquq mövqeyi, İsrailə silah daşınması, Birləşmiş Millətlər Dəniz Hüququ, Türkiyənin Kolumbiya Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi nota, Türkiyənin Lahey Qrupunun Bogotada qəbul etdiyi bəyanata qoşulması, İsrailə silah daşınması ilə bağlı BMDHS istinadlarına dair Türkiyənin şərhi, Türkiyənin 1982-ci il BMDHS Konvensiyasına tərəf olmamasının səbəbləri, Hakan Fidanın BMDHS istinadları ilə bağlı hüquqi izahatı, Egey dənizinin statusu ilə bağlı Türkiyənin hüquqi narahatlıqları, Türkiyənin beynəlxalq sənədlərə ehtiyatlı yanaşması və adət hüququna təsiri, Yunanıstanın 12 mil səlahiyyəti iddiasına qarşı Türkiyənin reaksiyası, Türkiyənin beynəlxalq hüquq mövqeyinin BMDHS ilə uyğunluğu məsələsi, Bogota Bəyanatında İsrailə qarşı tədbirlərin hüquqi çərçivəsi

    #Türkiyə #İsrail #BMT #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Yunanıstan #Kolumbiya #Egey dənizi #Türkiyə Bogota Bəyanatı #Lahey Qrupu Türkiyə #Türkiyə İsrailə qarşı bəyanat #BMDHS və Türkiyə #Egey dənizi və BMDHS #Türkiyə rəsmi nota #Türkiyə beynəlxalq hüquq mövqeyi #İsrailə silah daşınması #Birləşmiş Millətlər Dəniz Hüququ #Türkiyənin Kolumbiya Xarici İşlər Nazirliyinə göndərdiyi rəsmi nota #Türkiyənin Lahey Qrupunun Bogotada qəbul etdiyi bəyanata qoşulması #İsrailə silah daşınması ilə bağlı BMDHS istinadlarına dair Türkiyənin şərhi #Türkiyənin 1982-ci il BMDHS Konvensiyasına tərəf olmamasının səbəbləri #Hakan Fidanın BMDHS istinadları ilə bağlı hüquqi izahatı #Egey dənizinin statusu ilə bağlı Türkiyənin hüquqi narahatlıqları #Türkiyənin beynəlxalq sənədlərə ehtiyatlı yanaşması və adət hüququna təsiri #Yunanıstanın 12 mil səlahiyyəti iddiasına qarşı Türkiyənin reaksiyası #Türkiyənin beynəlxalq hüquq mövqeyinin BMDHS ilə uyğunluğu məsələsi #Bogota Bəyanatında İsrailə qarşı tədbirlərin hüquqi çərçivəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    11 Fevral 2026 10:59

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    Aşqabadda Türkiyənin ixrac məhsullarının 12-ci sərgisi açılıb

    10 Fevral 2026 13:30

    Qalatasarayın əfsanə futbolçusu Candemir Berkman vəfat edib

    10 Fevral 2026 12:17
    XƏBƏR LENTİ

    Türkiyənin Muğla Milas Hava Limanında sərnişin axını artıb (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri ilə görüşdü

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.