BAKI,AzerVoice
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankara səfiri Tom Barak Livanın Hizbullaha açıqlamasını qəbul etdiyini bəyan edib.
AzerVoice xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Barak, Hizbullahın tərksilah edilməsi ilə bağlı ABŞ-ın təklifini müzakirə etmək üçün üçüncü dəfə Livan prezidenti Aun ilə görüşüb.
Adının açıqlanmasını istəməyən livanlı siyasi mənbə bildirib ki, Barakın 19 iyun tarixində təqdim etdiyi ABŞ təklifinə Beyrutun cavabını Livan Prezidenti Aun-dan alıb.
Sözügedən təklif Hizbullahın tərksilah edilməsini və İsrail ordusunun Livanın cənubundan çıxarılmasını nəzərdə tutur. Bununla belə, Beyrut hökuməti o zaman ABŞ-ın təkliflərini təsdiq edən bəyanat yaymayıb, bunun əvəzinə “həll üçün bəzi ideyaların” təqdim edildiyini qeyd edib.
Livan Rəyasət Heyətinin X platformasından verilən açıqlamada, “Prezident Cozef Aun və ABŞ nümayəndəsi Tomas Barak arasında görüş Prezident sarayında başladı” ifadəsi işlədilib. Bəyanatda əlavə təfərrüatlar verilməyib.
Qeyd edək ki, ABŞ nümayəndəsi Barak prezident Aun ilə görüşündən sonra Livanın baş naziri Navaf Salam ilə görüşəcək.