BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 497 milyon 336 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 16 milyard 388 milyon 957 min dollar məbləğində polad ixrac edib.