Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-da federal hökumət bağlanıb

    1 Oktyabr 2025 10:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ-da federal hökumət, yeni maliyyə ili başlamazdan əvvəl Konqresin keçici büdcə layihəsini təsdiq edə bilməməsi səbəbilə bağlanıb. Bu, 2019-cu ildən bəri ilk dəfə federal hökumətin rəsmi şəkildə fəaliyyətini dayandırmasıdır.

    AzerVoice xəbər verir ki, 2025-ci maliyyə ilinin 30 sentyabrda başa çatması ilə yeni büdcə planı üzərində razılıq əldə olunmayıb. Nümayəndələr Palatası daha əvvəl 21 noyabra qədər maliyyə təmin edən keçici büdcə layihəsini qəbul etsə də, Senat həm demokratların, həm də respublikaçıların təkliflərini rədd edib.

    Demokratlar səhiyyə xərcləri və sosial proqramlara daha çox vəsait ayrılmasını tələb edərkən, respublikaçılar mövcud xərclər çərçivəsində davam etməyi təklif ediblər. Hər iki tərəfin təklifləri lazımi səs çoxluğunu toplaya bilməyib.

    ABŞ Prezidenti Donald Tramp hökumətin bağlanacağını əvvəlcədən bildirmiş və bunun nəticəsində çox sayda dövlət işçisinin işdən çıxarıla biləcəyini qeyd etmişdi.

    ABŞ Konqresinin Büdcə Ofisinə görə, hökumətin bağlanması nəticəsində təxminən 750 min federal işçi məzuniyyətə göndərilə bilər.

    Qanunvericiliyə əsasən, konqres yeni maliyyə ili başlamazdan əvvəl büdcəni təsdiqləmədikdə, hökumət yalnız "əsas xidmətlər" istisna olmaqla digər fəaliyyətlərini dayandırır. Əsas xidmətlərə ordu, kəşfiyyat, hava limanları, dövlət xəstəxanaları və həbsxanalar daxildir. Bu sahələrdə çalışanlar maaşlarını ancaq yeni büdcə qəbul edildikdən sonra ala bilirlər.

    Qeyd edək ki, 1981-ci ildən bəri ABŞ-da 10 qısa və 4 uzunmüddətli hökumət bağlanması baş verib. Ən uzun müddətli bağlanma isə 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarına qədər, 35 gün davam etmişdi.

    #ABŞ #Donald Tramp #ABŞ Dövlət Departamenti #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #Federal büdcə ixtisarları #Federal hökumət borcu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47
    XƏBƏR LENTİ

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    Xameneinin xeyir-duası ilə Trampın qəzəbi arasında , İŞİD-i quran adam - Nuri əl Maliki

    Bu gün Putinin sərt tənqidçisi Aleksey Navalnı həbsxanada vəfat edib

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.