BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq, 4 milyon 401 min 52 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 36 milyon 788 min 52 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 787 milyon 276 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 9 milyard 522 milyon 271 min dollar məbləğində tekstil ixrac edib.