Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Suriyada qanlı savaş davam edəcəkmi?

    2 Oktyabr 2025 18:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    "Demokratik Güclər" adı altında gizlənən və ABŞ tərəfindən dəstəklənən terror qruplaşması ilə Suriya hökumət qüvvələri arasında toqquşma qaçılmazdır".

    AzerVoice xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri ilə Suriya ordusu arasında baş verən insidenti şərh edərkən deyib.

    Ekspert bildirib ki, Suriya ilə İsrail arasında detalları açıqlanmayan danışıqlar gedir:

    "Böyük ehtimalla tərəflər bu danışıqlarda sülhə yaxın bir nəticə əldə edəcəklər. Suriya ilə İsrail arasında da "sülh" müqaviləsi imzalanacaq".

    Ekspert qeyd edib ki, burada həll olunmayan iki məsələ var:

    "Biri druzlarla bağlı məsələdir. Böyük ehtimalla Təl-Əviv sülh adlanan bu müqavilə çərçivəsində druzları öz himayəsinə götürəcək və Dəməşq də bunu qəbul edəcək. Başqa variant yoxdur".

    Rufiz Hafizoğlu düşünür ki, Suriyanın PKK qolu təmizlənmədikcə ölkənin unitarlığından, dövlətçiliyindən, gələcəyi və iqtisadi inkişafından danışmaq qeyri-mümkündür:

    "Çünki həmin terror qrupunun nəzarəti altında olan ərazidə Suriyanın ciddi infrastrukturu - neft-qaz yataqları, mühüm kənd təsərrüfatı əraziləri yerləşir. Bu baxımdan, Suriya ordusu ilə PKK-nın buradakı qolu arasında münaqişə qaçılmazdır".

    Həmsöhbətimiz hesab edir ki, hazırkı vəziyyətdə, mövcud reallıqlar çərçivəsində heç bir ölkə SDQ terror qruplaşmasını öz himayəsinə götürməyəcək:

    "Bunu həmin terror qruplaşması da başa düşür. Bu baxımdan da SDQ öz legitimliyini qorumaq, varlıqlarını sübut etmək və Dəməşqin druzlara güzəştə gedəcəyi kimi kürdlərə münasibətdə də müəyyən güzəştlərə getməsi üçün təzyiq göstərir. Amma buna nail ola bilməyəcəklər. Çünki burada Türkiyə faktoru var. Böyük ehtimalla Suriyanın şimalından PKK-nın təmizlənməsi prosesində Türkiyə ordusu aktiv rol alacaq. Suriya ordusu da yetərincə təcrübəlidir”.

    Qeyd edək ki, kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri Suriya ordusunun Hələb vilayətinin şərqindəki mövqelərini artilleriya və pilotsuz təyyarələrdən atəşə tutub. Məlumatlara görə, hədəf alınan ərazi Fərat çayı sahilindəki Tişrin bəndi olub. SDQ isə iddia edir ki, hücum hökumət qüvvələrinin yerli sakinlərin evlərinə maddi ziyan vurduğu iddia edilən atəşə cavab olub. Suriya keçid hökumətinin Müdafiə Nazirliyi dəfələrlə kürdləri əldə edilmiş razılaşmaları yerinə yetirməyə, Hələb və ətrafını atəşə tutmağı dayandırmağa çağırıb.

    SDF komandanlığı isə öz növbəsində hökumətyönlü qüvvələr tərkibində fəaliyyət göstərən "intizamsız qrupları” təxribatlarda ittiham edib. Onu da xatırladaq ki, bu ilin martında Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa və SDF komandiri Mazlum Abdi kürd döyüşçülərinin ilin sonuna qədər Suriyanın nizami ordusuna inteqrasiyası ilə bağlı saziş imzalayıblar.

    Tərəflər Suriyanın şimal-şərqində yerləşən hava limanları, eləcə də qaz və neft yataqları da daxil olmaqla kürdlərin nəzarətində olan bütün mülki və hərbi obyektlərin Dəməşqdəki yeni administrasiyanın səlahiyyətinə veriləcəyi barədə razılığa gəliblər.

    #PKK #Rufiz Hafizoğlu #PKK terror təşkilatı #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #Suriya siyasi həll #PKK terrorçuları #PKK və YPG hədəfləri #PKK-ya yaxın qurumlar #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #SDQ (Suriya Demokratik Qüvvələri)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan Suriya XİN rəhbəri ilə Hələb məsələsini müzakirə edib

    9 Yanvar 2026 15:31

    Avropa Suriyanın bərpası və yenidən qurulması üçün əlindən gələni edəcək - Aİ

    9 Yanvar 2026 14:33

    Suriya Prezidenti Aİ rəhbəri ilə görüşüb

    9 Yanvar 2026 12:52

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    SDQ qısa zamanda Suriyanın yeni idarəetməsinə inteqrasiya olunmalıdır - Kurtulmuş

    8 Yanvar 2026 15:21

    Suriya ordusu Hələbdə SDG mövqelərinə dəqiq zərbə əməliyyatına başlayır

    8 Yanvar 2026 12:38

    Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

    7 Yanvar 2026 16:49

    Suriya ordusu SDQ-ə qarşı əməliyyata başlayacaq

    7 Yanvar 2026 16:36

    Suriya ordusu Hələbdə PKK/YPG mövqelərini qanuni hədəf elan edib

    7 Yanvar 2026 15:24

    İsrail və Suriya arasında Paris görüşü tarixi nəticələr verdi - ABŞ

    7 Yanvar 2026 12:07

    SDQ qüvvələrinin Hələbə pilotsuz hücumu Suriya ordusunda itkilərə səbəb olub

    6 Yanvar 2026 16:22
    Demo
    XƏBƏR LENTİ

    Beynəlxalq hüquq məni məhdudlaşdırmır - Tramp

    Səudiyyə XİN İsrail rəsmisinin Somalilanda səfəri ilə bağlı birgə bəyanat yayıb

    20-dən çox ölkə Somalinin suverenliyini dəstəkləyərək İsrail XİN rəhbərinin Somaliland səfərini qanunsuz adlandırdı

    Bu gün BMT-nin ilk iclası keçirildi

    Tarixdə bu gün – 10 yanvar

    Çin, Rusiya və İran hərbi gəmiləri Cənubi Afrikada birgə dəniz təlimləri keçirəcək

    Bitkoin niyə “şiddətli dalğalanır”?

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.