Əsas səhifə » Almaniyada avtomobil qəzası: ölənlər var

Almaniyada avtomobil qəzası: ölənlər var

BAKI, AzerVoice

Almaniyanın Frankfurt şəhərində avtomobil qəzası baş verib.

AzerVoice xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata əsasən, hadisə bir avtomobilin elektrik skuteri sürənlərin olduğu qrupa çırpılması nəticəsində baş verib. Sürücü hələ müəyyən olunmamış səbəblə, sürət həddini aşaraq gecə yerli vaxtla saat 2:35-də velosiped zolağına girərək iki elektrik skuteri ilə toqquşub.

Hadisə nəticəsində 23 yaşlı əkiz qardaş dünyasını dəyişib, 27 yaşlı bir kişi isə ağır yaralanıb.

Hadisənin təfərrüatlarına görə, avtomobil əvvəlcə əkiz qardaşların birlikdə dayandığı elektrik skuterinə çırpılıb, daha sonra isə sürücü dayanmadan yoluna davam edərək ikinci skuterə də dəyib və onu bir neçə metr sürüyüb.

Digər Kateqoriyalar

2025 © Azervoice