11
BAKI, AzerVoice
Avstriyanın Zalsburq əyalətinə bağlı Pintsqau bölgəsində Almaniyanın Münhen vilayətindən havaya qalxan kiçik bir təyyarə meşəlik əraziyə düşüb.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin yerli KİV-i məlumat yayıb.
Məlumata əsasən, təyyarənin düşdüyü ərazidə kiçikmiqyaslı yanğın baş verib, lakin hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu nəzarət altına alıblar. Hadisə nəticəsində 4 nəfər həlak olub. Həlak olanlardan 3-ü kişi, biri isə qadındır.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılıb.