6
BAKI, AzerVoice
Barselona son 100 ilin ən isti iyununu yaşayıb.
AzerVoice xəbər verir ki, İspaniyanın
şərqində yerləşən Barselona şəhəri 1914-cü ildən bəri qeydə alınan
ən isti iyun ayını geridə qoyub.
İspaniya Meteorologiya İnstitutu (AEMET) bu ilin iyun ayında
şəhərdə orta temperaturun 26 dərəcəyə çatdığını açıqlayıb.
Məlumata görə, əvvəlki rekord 2003-cü ilə aiddir və həmin il iyun ayı 25,6 dərəcə ilə ən isti ay kimi qeydə alınmışdı. Bu il isə iyunun 30-da maksimum temperatur 37,9 dərəcəyə yüksəlib.
Qeyd edək ki, Avropanın bir çox şəhərləri hazırda güclü isti hava dalğalarının təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada da analoji vəziyyət səbəbindən fövqəladə tədbirlər görülür.