Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İspaniyada 1961-ci ildən bəri ən güclü istilik dalğası qeydə alınıb

    25 Avqust 2025 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Nərmin Ağayeva

    İspaniyada 1961-ci ildən bəri ən güclü istilik dalğası qeydə alınıb.

    AzerVoice xəbər verir ki, İspaniya Meteorologiya İnstitutu (AEMET) 3–18 avqust tarixlərində müşahidə olunan isti dalğasının ölkə tarixində ən şiddətlisi olduğunu açıqlayıb.

    Qeyd olunub ki, bu müddət ərzində temperatur normadan 4,6 dərəcə yüksək olub. Müqayisə üçün, 2022-ci ilin iyulunda müşahidə edilən əvvəlki rekord isti dalğasında temperatur normadan 4,5 dərəcə yuxarı qalxmışdı. AEMET həmçinin bildirib ki, davamlı yüksək temperatur insanların sağlamlığına ciddi təsir göstərib, meşə yanğınlarının güclənməsinə səbəb olub.

    Statistikaya görə, 1975–1999-cu illərdə İspaniyada ümumilikdə 44 isti dalğası (212 gün) qeydə alınıbsa, 2000–2024-cü illərdə bu göstərici 90 isti dalğası (417 gün) təşkil edib. Son illərdə isti dalğalarının təsir etdiyi əyalətlərin sayı da 36-dan 44-ə yüksəlib.

    Bu ilin avqustunda Badajoz və Kordoba kimi cənub şəhərlərində temperatur 44 dərəcəni keçib. İspaniyada avqust ayında baş verən yanğınlar nəticəsində 407 min hektardan çox meşə və kənd təsərrüfatı ərazisi məhv olub. Hazırda Qalisiya, Kastiliya və Leon bölgələrində 17 yerdə yanğın davam edir, Leon vilayətinin iki kəndində alov səbəbindən 300-dən çox sakin təxliyə olunub.

    Qeyd edək ki, AEMET 2025-ci ilin avqustunda baş verən isti dalğasını 1961-ci ildən bəri ən şiddətli hadisə adlandırıb.

    #İspaniya #isti hava #istiləşmə #qlobal istilik #isti hava şəraiti #şiddətli istilər #qızmar istilər #Qlobal istiləşmə və okeanlar #isti hava dalğaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Barselona” La Liqada “Oviedo”ya qalib gələrək liderliyini möhkəmləndirdi

    26 Yanvar 2026 09:12

    "Atletiko" ciddi itki ilə üzləşdi

    24 Yanvar 2026 13:26

    "Barselona" futbolçusu ilə müqavilənin uzadılmasını istəyir

    24 Yanvar 2026 10:23

    Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoqun müşahidə olunur - Sahibə Qafarova

    23 Yanvar 2026 14:41

    UEFA Çempionlar Liqası: İngilis və ispan klubları qələbə qazanıb

    22 Yanvar 2026 09:33

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    19 Yanvar 2026 10:46

    "Barselona" klubunun heyətində ciddi itki baş verdi

    18 Yanvar 2026 18:40

    "Real" qapıçısını satışa çıxardı

    17 Yanvar 2026 16:35

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    "Mançester Siti"nin kapitanı karyerasını İspaniya La Liqasında davam etdirə bilər

    14 Yanvar 2026 09:19

    "Real Madrid" baş məşqçi Xabi Alonsonu istefaya göndərib

    12 Yanvar 2026 21:55

    İspaniya Superkuboku: “Barselona” və “Real Madrid” üz-üzə gələcəklər

    11 Yanvar 2026 12:45
    Demo
    XƏBƏR LENTİ

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoruna məktub ünvanlayıb

    Hüquq Bələdçisi - Mediasiyanın prinsipləri

    Möminin ictimai vəzifələri

    Venesuela Vaşinqtonun əmrlərindən bezib - Delsi Rodriges

    İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

    Keçən il Türkiyədən Qırğızıstana polad ixracı 7 milyon dolları keçib (ÖZƏL)

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    Son bir ildə Nazirliyin fəaliyyət sahələri üzrə 711 min e-arayış verilib

    Səudiyyə Ərəbistanının XİN rəhbəri Polşaya rəsmi səfər edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.