BAKI, AzerVoice
NATO İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda həmrəydir və hava hücumundan müdafiəni beş dəfə artıracaq.
AzerVoice xəbər verir ki, NATO-nun baş
katibi Mark Rutte təşkilatın İranla bağlı ümumi mövqeyini
açıqlayıb.
O bildirib ki, müttəfiq ölkələr İranın nüvə silahına sahib olmaması
ilə bağlı razılığa gəliblər. Eyni zamanda, NATO hava hücumundan
müdafiə sistemlərini beşqat gücləndirməyi planlaşdırır.
Rutte əlavə edib ki, alyans tank və zirehli texnika sahəsində də sərmayələri artıracaq. NATO-nun bu addımları bölgədə artan gərginlik fonunda kollektiv təhlükəsizlik mexanizmlərini gücləndirməyə yönəlib.
Qeyd edək ki, son günlər ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar beynəlxalq narahatlığı artırıb və NATO daxilində İranın nüvə ambisiyalarına qarşı daha sərt tədbirlər müzakirə olunur.