Əsas səhifə » İran ABŞ-ın İraqdakı bazasına da zərbə endirə bilər

İran ABŞ-ın İraqdakı bazasına da zərbə endirə bilər

BAKI, AzerVoice

İraqın qərbində yerləşən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qüvvələrinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına yaxın saatlarda hücum edilə biləcəyi barədə xəbərdarlıq edilib.

AzerVoice xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı məlumat yayıb.

Məlumata görə, hazırda bazada heç bir insan və hərbi texnika yoxdur. Bu məlumat, Anbar vilayətindəki təhlükəsizlik qüvvələrindən əldə edilmiş mənbəyə əsaslanır. Hazırkı anda hər hansı bir atəş və ya hücum qeydə alınmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice