BAKI, AzerVoice
Türk Hava Yolları (THY), İran və ABŞ arasında baş verən hərbi qarşıdurmalar səbəbilə Yaxın Şərq ölkələrinə uçuşları ləğv edib.
AzerVoice xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün açıqlama verib.
Açıqlamada, 23 iyun 2025-ci il tarixində planlaşdırılan Bahreyn, Dəmmam, Doha, Dubay, Küveyt, Əbu-Dabi və Məsqətə olan bütün reyslərin ləğv edildiyi bildirilib.
Üstün sərnişinlərə çağırış edərək, uçuşları ilə bağlı yenilənmiş məlumatları Türk Hava Yollarının rəsmi saytından izləmələrini tövsiyə edib.
Qeyd edək ki, bu gün axşam saatlarında İran ABŞ-ın Qətərdə yerləşən bazalarına qarşı "Qələbə müjdəsi" adlı yeni hərbi əmliyyata başlayıb. İran ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına altı raket zərbəsi endirib.