10
BAKI, AzerVoice
NATO-ya üzv ölkələr Kiyevə 35 milyard avro dəyərində hərbi yardım ayırmaq barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte məlumat verib.
“Ukraynaya dəstəyimiz və onun müdafiəsi davamlı olacaq. Avropa və Kanada müttəfiqləri artıq öhdəlik götürüblər. Biz indi açıq şəkildə deyə bilərik ki, ilin sonuna qədər Ukraynaya 35 milyard avro yardım veriləcək” – deyə, Rütte bildirib.
Alyansın baş katibi xatırladıb ki, əvvəlcə yardım məbləği 20 milyard avro nəzərdə tutulmuşdu, lakin indi bu rəqəm 35 milyarda çatdırılıb. “Bu səbəbdən biz Ukraynaya hazırkı dəstəyimizi bir daha təsdiqləyirik” – deyə, Rütte vurğulayıb.