Əsas səhifə » Çin ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumunu qınayıb

Çin ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumunu qınayıb

BAKI, AzerVoice

Çinin xarici işlər naziri Van İ, ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) zəmanəti altında olan İranın nüvə obyektlərinə zərbə endirməsini pis bir presedent adlandırıb.

AzerVoice xəbər verir ki, o, bu fikirləri Pekində keçmiş Böyük Britaniya baş naziri Toni Bleyrlə görüşündə bildirib.

Van İ qeyd edib ki, ölkələr arasında fikir ayrılıqları sülh yolu ilə həll olunmalıdır. Onun sözlərinə görə, İsrail “ehtimal olunan gələcək təhlükələr”ə əsaslanaraq İrana qarşı qabaqlayıcı zərbə endirib, ABŞ isə İranın nüvə obyektlərini bombardman edib. Həmin obyektlər Beynəlxalq Atom Enerjisi Agentliyinin təminatı altında idi. Van İ bunu dünyaya münaqişələrin güc yolu ilə deyil, dialoq vasitəsilə həll olunmalı olduğu barədə yanlış siqnal kimi qiymətləndirib və belə bir presedentin ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Nazir həmçinin bildirib ki, dünyada müdafiə üçün gücə ehtiyac olsa da, bu, həmişə həqiqi sülh gətirməyə bilər.

“Münaqişə tərəfləri gərginliyi azaltmaq, siyasi tənzimləmə yoluna qayıtmaq və dialoq vasitəsilə Yaxın Şərqdə sülh və sabitliyin bərpasına töhfə vermək üçün tədbirlər görməlidirlər" – deyə, Van İ yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice