Əsas səhifə » ABŞ-ın Suriyadakı hərbi bazasında yüksək hazırlıq rejimi elan edilib

ABŞ-ın Suriyadakı hərbi bazasında yüksək hazırlıq rejimi elan edilib

BAKI, AzerVoice

İran və ona bağlı silahlı qruplardan mümkün hücum təhlükəsi səbəbilə ABŞ-ın Suriyanın şimal-şərqində, Həsəkə vilayətində yerləşən Kəsrak hərbi bazasında yüksək hazırlıq rejimi elan edilib.

AzerVoice xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Məlumata görə, bazada hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, şəxsi heyət arasında həyəcan siqnalı verilib.

Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, ABŞ-ın Suriyada saxladığı əsas hərbi qüvvələrin əksəriyyəti məhz Kəsrak bölgəsində yerləşdirilib. Qeyd olunur ki, bu qüvvələr hazırda İranın bölgədə artan fəallığı və mümkün hücum ssenarilərinə qarşı hazırlıq tədbirlərini gücləndiriblər.

Qeyd edək ki, bu gün axşam saatlarında İran ABŞ-ın Qətərdə yerləşən bazalarına qarşı "Qələbə müjdəsi" adlı yeni hərbi əmliyyata başlayıb. İran ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına altı raket zərbəsi endirib.

Digər Kateqoriyalar

2025 © Azervoice