Əsas səhifə » Türkiyə ABŞ-ın İrana hücumları zamanı ölkənin hava məkanının istifadə edilməsinə dair məlumatları yalanlayıb

Türkiyə ABŞ-ın İrana hücumları zamanı ölkənin hava məkanının istifadə edilməsinə dair məlumatları yalanlayıb

BAKI, AzerVoice

Türkiyənin Dezinformasiya ilə mübarizə mərkəzi ABŞ-ın qırıcı təyyarələrinin İranın nüvə obyektlərinə hücum edərkən Türkiyə hava məkanından istifadə etdiyinə dair məlumatı yalanlayıb.

AzerVoice xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.

“ABŞ-ın qırıcı təyyarələrinin İranın nüvə obyektlərinə hücum edərkən Türkiyə hava məkanından istifadə etdiyinə dair müxtəlif mənbələrdə yayılan iddialar dezinformasiyadır.

İsrailin İrana qarşı başladığı hücumlarda Türkiyə hava məkanı heç bir şəkildə pozulmadığı kimi, ABŞ tərəfindən İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücumlarda da Türkiyə hava məkanı qətiyyən istifadə edilməmişdir.

Həqiqət budur ki, ABŞ-dan havaya qalxan bombardıman təyyarələri Cəbəlüttariq boğazı üzərindən keçərək Aralıq dənizinin cənubundan İsrailə çatmış, daha sonra İraq üzərindən keçərək İrana hücum etmişdir.

Sözügedən bombardıman təyyarələri hücumdan sonra eyni marşrutu tərsinə izləyərək geri qayıtmış, qayıdan zamanı isə Aralıq dənizi üzərində (Krit adasının cənubunda) yanacaq dolduraraq ABŞ-a qayıtmışdır.

Türkiyə Respublikası, Yaxın Şərqdə sülh və sabitliyi israrla müdafiə etməkdə davam edir. Prezident Rəcəb Tayyib Ərdoğan bu məqsədlə diplomatiyanın aktiv saxlanılması üçün atılan təşəbbüslərə rəhbərlik edir.

Bu həqiqətlərə zidd şəkildə irəli sürülən istənilən iddia dezinformasiyadır" - deyə, bəyanatda bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice