BAKI, AzerVoice
NATO-nun baş katibi Mark Rütte, 24–25 iyun tarixləri arasında Haaqada keçiriləcək alyans liderlərinin sammitində İranda rejim dəyişikliyi məsələsinin gündəmə gətirilə biləcəyini istisna etməyib.
AzerVoice xəbər verir ki, bu haqqda Rütte sammitdən əvvəl təşkil olunan mətbuat konfransında danışıb.
Lakin o vurğulayıb ki, İranla bağlı məsələlər sammitin rəsmi gündəliyində yer almır.
Jurnalistlər Rüttedən İranda rejim dəyişikliyinin yaxşı fikir olub-olmaması barədə soruşublar. O, bu sualı belə cavablandırıb: “Bu suala məmnuniyyətlə cavab verərdim, lakin özümü saxlamalıyam”.
Rutte əlavə edib ki, NATO ölkələrinin bu məsələni rəsmi şəkildə müzakirə etməyi planlaşdırmaması, ayrı-ayrı üzv dövlətlərin bu mövzunu iyunun 25-də keçiriləcək plenar iclasda gündəmə gətirməyəcəyi anlamına gəlmir.