Əsas səhifə » ABŞ Dövlət Departamentindən Türkiyə personalına xəbərdarlıq

ABŞ Dövlət Departamentindən Türkiyə personalına xəbərdarlıq

BAKI, AzerVoice

ABŞ, İranın nüvə obyektinə endirdiyi zərbələr fonunda Türkiyədəki dövlət personalına fərdi səfərlər etməməyi və xüsusilə ölkənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Baş Konsulluğu bölgəsinə getməməyi tövsiyə edib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin verdiyi rəsmi açıqlamada deyilir.

Bildirilib ki, ABŞ-ın xarici siyasətinə qarşı mənfi yanaşmalar səbəbindən bu bölgələrdə ABŞ və Qərb maraqlarına qarşı aksiyaların baş verə biləcəyi ehtimal edilir.

“Keçmişdə bu cür hallat nümayişlər, ABŞ şirkətlərinə qarşı boykot çağırışları, anti-Amerika şüarları və divar yazıları ilə müşahidə olunub. Kütləvi toplaşmalar, polis qüvvələrinin çoxluğu, yolların bağlanması və nəqliyyatın iflici ilə nəticələnə bilər. Hətta dinc məqsədli aksiyalar belə qısa zamanda nəzarətdən çıxaraq zorakılığa çevrilə bilər” - deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice