Əsas səhifə » İran ABŞ-ın dinc məqsədli nüvə proqramı təklifini rədd edib - Rubio

İran ABŞ-ın dinc məqsədli nüvə proqramı təklifini rədd edib - Rubio

BAKI, AzerVoice

İran hakimiyyəti ABŞ-ın dinc məqsədli nüvə proqramının inkişafı ilə bağlı təklifini rədd edib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına verdiyi müsahibədə bildirib.

“Hazırda bizim əsas məqsədimiz odur ki, İran heç vaxt nüvə silahına sahib olmasın. Əgər onlar bir çox ölkələrdə olduğu kimi, yalnız [atom] elektrik stansiyalarını əhatə edən mülki nüvə proqramına sahib olmaq istəyirlərsə, bunu edə bilərlər. Məhz bu cür bir saziş onlara təklif olunmuşdu. Onlar isə onu rədd etdilər. Onlar bizimlə oyun oynadılar, oynamağa cəhd etdilər. Deməliyəm ki, onlar bizim təkliflərimizə cavab vermədilər. On gün ərzində heç bir şəkildə ortaya çıxmadılar” - deyə, Rubio vurğulayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice