Əsas səhifə » ABŞ İranla danışıqlara qayıtmağa hazırdır - Rubio

ABŞ İranla danışıqlara qayıtmağa hazırdır - Rubio

BAKI, AzerVoice

ABŞ artıq sabahdan etibarən İranla danışıqları bərpa etməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına verdiyi müsahibədə bildirib.

“Bu təklif hələ də qüvvədədir. Biz onlarla [İranla] sabah danışmağa və bunun [münaqişənin həlli] üzərində işləməyə hazırıq” - deyə, Rubio vurğulayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice