Əsas səhifə » İran İsrailə yenidən raket atıb

İran İsrailə yenidən raket atıb

BAKI, AzerVoice

Tel-Əviv hava hücumundan müdafiə sistemlərini işə salıb.

AzerVoice xəbər verir ki, İsrail ordusu İran tərəfindən ölkəyə yenidən raketlərin atıldığını açıqlayıb. Hücumun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Ordunun yaydığı rəsmi məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində israillilərdən sığınacaqlarda qalmaq və yeni xəbərdarlıq gələnədək çölə çıxmamaq tələb olunub. Raketlərin bəzilərinin havada zərərsizləşdirildiyi bildirilib.

Qeyd edək ki, bu, son həftələrdə İsrailin İranın müxtəlif şəhərlərinə təşkil etdiyi hücumlara cavab olaraq həyata keçirilən növbəti cavab zərbəsidir. Artan gərginlik bölgədə genişmiqyaslı münaqişə ehtimalını gündəmə gətirib.

Digər Kateqoriyalar

2025 © Azervoice