BAKI, AzerVoice
BMT İsraili Tehrandakı media binasına hücuma görə beynəlxalq hüquqla bağlı xəbərdar edib.
AzerVoice xəbər verir ki, BMT-nin
İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan
İsrailin Tehrandakı dövlət televiziyasına (IRIB) hücumu ilə bağlı
ciddi xəbərdarlıq edib.
O bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, hücumlar yalnız
hərbi hədəflərə yönəldilə bilər.
Al-Kheetan qeyd edib ki, jurnalistlər və media işçiləri
beynəlxalq hüquqa görə mülki şəxslər sayılır və onların
təhlükəsizliyi qorunmalıdır.
“Bütün bu cür pozuntular, xüsusilə jurnalistlərə və digər mülki
şəxslərə yönəlmiş hücumlar dərhal və müstəqil şəkildə
araşdırılmalıdır.” - deyə o bildirib.
O əlavə edib ki, media nümayəndələri münaqişə bölgələrində sərbəst və təhlükəsiz şəkildə fəaliyyət göstərmək hüququna malikdirlər və bu hüquq pozulmamalıdır.
Xatırladaq ki, İsrail ordusu İranın paytaxtı Tehranın 3-cü bölgəsində yerləşən IRIB şəhərciyinə raket hücumu edib. Hücum nəticəsində “Şüşə bina” kimi tanınan televiziya binası ciddi ziyan görüb və hadisə nəticəsində bir neçə mülki şəxs həyatını itirib.
Qeyd edək ki, İsrail bu hücumdan əvvəl İranın dövlət televiziyasını hədəfə alacağını elan etmişdi.