BAKI, AzerVoice
Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anuar El Anuni Rusiya ilə İran arasında vasitəçilik təşəbbüsünə münasibət bildirib və Avropa İttifaqının buna qarşı olduğunu deyib.
AzerVoice xəbər verir ki, El Anuni Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Rusiyanın İran ilə İsrail arasında vasitəçilik təklifi ilə bağlı açıqlama verib.
O, 17 yanvarda Rusiya ilə İran arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişini xatırladaraq, bu səbəbdən Moskvanın Təl-Əviv və Tehran arasında “qərəzsiz vasitəçi” ola bilməyəcəyini bildirib.
Xatırladaq ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.